"Real" bu yay yolları ayırmağa hazırlaşdığı Xames Rodriqesə qiymət qoyub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu 28 yaşlı yarımmüdafiəçini 40 milyon avroya satmağı planlaşdırır.
Onunla "Everton", "Mançester Yunayted", "İnter Mayami"nin maraqlandığı bildirilir.
Qeyd edək ki, X.Rodirqes bu mövsüm 13 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib. Onun La Liqa təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
Milli.Az