Bütün dünyanı öz təsiri altına salan koronavirusla mübarizəni əks etdirən "Covid 19 - Ümid 20" onlayn poster sərgisi açılıb.
Milli.Az Day.Az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsinin müəllim və tələbə heyəti bu sərgidə öz yaradıcılıqlarını nümayiş etdiriblər.
Aprelin 29-da Təhsil Nazirliyi İnsan resursları mərkəzinin facebook səhifəsində yayımlanan onlayn poster sərgisində əl işləri maraqla qarşılanıb.
Milli.Az