"Sefirin kızı"ndan yeni qərar: 4 bölüm çəkiləcək

30 Aprel 2020 16:31

Koronavirusa görə çəkilişləri dayandırılan "Sefirin kızı" serialı mövsüm finalına hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissorluğunu Emre Kabakuşakın etdiyi ekran işi mayda yenidən çəkilişlərə başlayacaq.

Yaradıcı heyət mayda yalnız 4 bölüm çəkəcəklərini bildirib. Onlar bununla 19-cu bölümlə serialın ilk mövsüm finalı edəcəyini açıqlayıblar.

Qeyd edək ki, "Star TV"də yayımlanan "Sefirin kızı"nda baş rolları Engin Akyürek, Neslihan Atagül və Uraz Kaygılaroğlu canlandırır.

Milli.Az