"Karantində saçlarım uzandı, dırnaqlarımın hansı rəng olduğunu gördüm"

30 Aprel 2020 15:31

Makiyaj, manikür, səliqəyə salınmış saçlar... Mən bacarmlram. Necə yatıramsa, o cür də oyanıram. Heç nə olmaz. Çox da rahatdır və faydalıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, makiyaj etmədiyi, baxıma çox üstünlük vermədiyini vurğulayıb:

"Ümumiyyətlə, karantin zamanı dırnaqlarımın hansı rəng olduğunu gördüm. Kirpiklərim uşaqlıqda olduğu kimi uzandı. Saçlarım çiyinlərimə tökülür. Kosmetik vasitələr üçün qənaət etdiyim pul bağban alətləri sifariş verdim".

Milli.Az