"Bu, İtaliya futbolunun ölüm fərmanı olacaq"

30 Aprel 2020 15:20

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus səbəbindən təxirə salınan mövsüm haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, mövsümü ləğv etmək barədə heç vaxt qərar verməyəcəyini deyib:

"Mən prezident olduğum müddətdə heç vaxt mövsümün ləğvi ilə bağlı qərar verməyəcəyəm, çünki bu, İtaliya futbolunun ölüm fərmanı olar. Hər kəsin maraqlarını qorumağa çalışıram. Mövsüm ləğv olunsa, futboldan itki 700-800 milyon avroya çatacaq. Azarkeşsiz keçiriləcək matçlarda zərər 300 milyon avro olacaq. Azarkeşlərlə başlasaq isə 100-150 milyon avro itirəcəyik . Əlbəttə ki, sonuncu seçim mümkün deyil".

Qeyd edək ki, Niderland və Fransada bu mövsüm ləğv olunub.

Milli.Az