HHM bölmələrinin məşqləri başlayıb - VİDEO - FOTO

30 Aprel 2020 15:09

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri "İldırım" ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

Milli.Az