Pandemiya İtaliya futboluna ağır zərbə vuracaq: 800 milyon...

30 Aprel 2020 14:47

Koronavirus pandemiyasına görə İtaliya futbolu təxminən 800 milyon avro itirə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanın sözlərinə görə, çempionatı vaxtından əvvəl dayandırmaq olmaz, çünki bu, böyük maliyyə sarsıntılarına səbəb olacaq:

"Mən ümumi marağı qoruyuram və ona görə də bildirirəm: A Seriyasının ləğvindən imtina edirəm. Biz tərəfdaşlarımız qarşısında beynəlxalq öhdəliklərimizə möhkəm bağlıyıq. Buna görə hökumətdən müvafiq siqnal verilənə qədər mövsümü başa çatdırmaq imkanı uğrunda mübarizə aparacağıq".

Milli.Az