Bakıda kişi dostu tərəfindən bıçaqlanıb

30 Aprel 2020 08:08

Bakının Xəzər rayonunda iki dost arasında dava zamanı biri digərinə bıçaqla xəsarət yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Məmmədov Tərlan Ağasəlim oğlu dostu ilə mübahisə zamanı bıçaqlanıb. T.Məmmədov sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az