Türkiyədə klub prezidenti koronavirusdan öldü

29 Aprel 2020 17:11

Türkiyənin "Zeytinburnu Telsizspor" klubunun prezidenti Turqay Kalyoncu vəfat edib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, klub rəhbərinin koronavirusdan dünyasını dəyişdiyi açıqlanıb. Turqay Kalyoncu müalicə olunduğu xəstəxanada vəfat edib.

Klub prezidenti şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirmiş. 

Milli.Az