Məşhur futbolçu gələn il karyerasını bitirəcək

29 Aprel 2020 20:14

"Milan"ın qapıçısı Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Mili.Az qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper daha bir il oynamaq istədiyini bildirib. Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən ispaniyalı qapıçı ölkəsinin mətbuatına açıqlamasında gələn ilin yayında futbolçu karyerasını başa vuracağını deyib.

O, məşqçiliyə başlayacağını da istisna etməyib.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü karyerası ərzində "Barselona", "Vilyarreal", "Liverpul", "Napoli" və "Bavariya"da da çıxış edib.

Milli.Az