Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin tərkibi müəyyən olunub

29 Aprel 2020 14:49

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin tərkibi müəyyən olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlar Musa Quliyev, Eldar İbrahimov, Ramin Məmmədov, Jalə Əhmədova və Elşad Mirbəşiroğlu daxildir.

Milli.Az