Politoloq: “Sarkisyan Rusiya rəhbərliyini məlumatlandırmaq üçün Moskvaya gedib”

20 Aprel 2010 11:55
Bunu politoloq Fikrət Sadıqov Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya qısamüddətli səfərini Milli.Az xəbər portalına şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitindən sonra Birləşmiş Ştatların Cənubi Qafqazda təşəbbüsü ələ almasını və özünün təsir dairəsini itirmək istəmir.

Fikrət Sadıqovun fikrincə, Serj Sarkisyanın Moskvadakı görüşlərində yenilənmiş Madrid prinsipləri ətrafında da müzakirələrin aparılmasını gözləmək olar: "Azərbaycan Madrid prinsiplərini qəbul etdiyini açıqlayıb. Ermənistan isə bundan imtina edir. Yəqin ki, Dmitri Medvedev yenilənmiş Madrid prinsiplərinin Ermənistan tərəfindən də qəbul edilməsinə çalışacaq".

Aydın
Milli.Az