Türkiyə “hər şey daxil” sistemindən imtina edəcək?

29 Aprel 2020 15:07

"All inclusive" ("hər şey daxil") sistemi və "isveç masası" Türkiyə otellərində koronavirus pandemiyası bitəndən sonra yenə qalacaq.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə Otellər Federasiyasının başçısı Sururi Çorabatır deyib.

O qeyd edib ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm naziri Memet Nuri Ersoyun açıqlaması düz başa düşülməyib.

"Söhbət gücləndirilmiş sanitar tədbirlərindən, sosial məsafənin gözləniməsindən gedir", - Sururi Çorabatır əlavə edib.

Milli.Az