"Liverpul"un əfsanəsi 62 yaşında öldü

29 Aprel 2020 13:12

İrlandiya millisinin və "Liverpul"un əfsanələrindən olan Maykl Robinson dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran hücumçu 62 yaşında vəfat edib. Onun ölümünə xərçəng şişi səbəb olub.

Qeyd edək ki, Robinson İrlandiya yığmasında 26 oyuna 6 qol vurub.

Milli.Az