"Atletiko" Kavaniyə təklifini göndərdi

29 Aprel 2020 09:26

"Atletiko" PSJ-nin futbolçusu Edinson Kavani ilə danışıqlar aparır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu uruqvaylı hücumçuya 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Kavaninin Paris təmsilçisi ilə müqaviləsi iyulda başa çatacaq və o, həmin vaxt azad agent olacaq.

Milli.Az