Yeni iPhone SE çatışmazlığı ilə diqqət çəkdi

30 Aprel 2020 22:45

İPhone SE 2020 hələ ölkəmizdə satışa çıxarılmasa da, xaricdəki istifadəçilərə çatdırılmağa başlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihazı istifadə etməyə başlayanlar qəribə çatışmazlıq tapıblar.

Kilid ekranına və yeni iPhone SE-nin xəbərdarlıq mərkəzinə gələn bildirişə basılı tutduqda açılmır. Bildirişi görmək üçün "fırladın" və "görüntülə" seçiminə daxil olmaq lazımdır.

Milli.Az