Koronavirusu təqib edən platforma ilk gündən rekord qırdı

30 Aprel 2020 22:15

Avstraliyanın koronavirusu təqib edən platforması ilk gündən 2 milyon istifadəçi qazanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq 2 milyon istifadəçini 24 saat ərzində qazanıb. Bluetooth texnologiyası ilə işləyən tətbiq istifadəçilərdən biri virusa yoluxduqda yaxınlıqdakı istifadəçilərə bildiriş göndərir.  

Avstraliya bu tətbiq sayəsində ölkədə yoluxma hallarının azalacağını, sosial məsafəni qoruyanların sayının artacağını düşünür.

Qeyd edək ki, Avstraliyada koronavirusa yoluxanların sayı 6 700-ə çatıb. Gündəlik 15-20 insan bu virusa yoluxur.

Milli.Az