Avropa nəhəngləri onun üçün mübarizə aparacaq

28 Aprel 2020 18:59

"Ayaks"ın futbolçusu Donni van de Bek top klubların maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, niderlandlı futbolçu üçün "Real Madrid", "Milan", "Mançester Yunayted" və "Yuventus" mübarizə aparacaqlar. Yarımmüdafiəçinin növbəti transfer pəncərəsində klubunu dəyişmək istədiyi deyilir.

Qeyd edək ki, van de Bek cari mövsüm ərzində iştirak etdiyi 36 oyunda 10 qol vurub.

Milli.Az