İngiltərə Premyer Liqası bu tarixdə bərpa oluna bilər

28 Aprel 2020 14:25

Koronavirusa görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası iyunun 8-də bərpa oluna bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Məsələləri naziri Oliver Dauden bildirib.

Onun sözlərinə görə, ən yaxşı ssenaridə 2019/20-ci illər mövsümünün iyunun sonunda başa çatdırılması planlaşdırılır.

Mayın 18-də isə komandaların məşq prosesinin başlanacağı gözlənilir.

Milli.Az