PSJ-in futbolçusu Keylor Navas koronavirusla mübarizədə vətəni Kosta-Rika sakinlərinə yardım edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Navas və həyat yoldaşı Andrea Salas "The Times of Hopes" fondunun köməyiylə həmyerlilərinə 3700 qida paketi hazırlayıb. Navas, hökumətin icazəsini aldıqdan sonra yardım paketlərini paylayacaq.
Kosta-Rikada koronavirusa 695 nəfər yoluxub. Onların 6-sı vəfat edib.
Milli.Az