Bakıda küçədən iki günlük körpə tapıldı

28 Aprel 2020 09:58

Bakıda küçədən iki günlük qız uşağı tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az