"Qisasçılar: Final" filmi tarixi rekorda imza atdı

28 Aprel 2020 10:12

"Marvell" şirkətinin lentə aldığı "Qisasçılar: Final" filmi tarixi rekorda imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işi 2,9 milyard dollar (təxminən 4 milyard 930 milyon manat) kassa gəliri ilə lider olub.

Bundan əvvəl isə 1-ci yeri 2,79 milyard dollarla rejissor Ceyms Kemeronun lentə aldığı "Avatar" filmi tuturdu.

Qeyd edək ki, "Qisasçılar: Final" filminin premyerası ötən ilin aprelində olub. Baş rollarda Bri Larson, Uinston Dyuk, Karen Qillan və Kris Evans kimi aktyorlar çəkilib.

Milli.Az