Pentaqon UNO-larla bağlı 3 VİDEO yayımladı

28 Aprel 2020 10:40

Ötən gün Pentaqonun rəsmi internet səhifəsində Uçan Naməlum Obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən qeydə alınmış üç gizli videolardan biri 2004-cü ilin noyabrında, digəri isə 2015-ci ilin yanvarında çəkilib.

2007 və 2017-ci illərdə hər 3 video Pentaqonun icazəsi olmadan internetə sızdırılıb. Müdafiə Nazirliyi UNO-larla bağlı bu videoları ictimaiyyətə verilən hər hansı yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə yaydığı bildirilib. 

Pentaqon videolarda müşahidə olunan obyektləri hələ də "naməlum" kimi xarakterizə etdiklərini açıqlayıb.

Sözügedən hava obyektlərinin Yer planetinə məxsus heç bir təyyarəyə, yaxud da helikopterə bənzəmədiyi vurğulanıb.

Milli.Az