Türkiyənin məşhur müğənnisi Bülent Ersoya ağır itki üz verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçının sözçüsü Arzu Acay sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, B. Ersoyun anası Necla Poyraz dünyasını dəyişib.
"Necla xanım xalamızı itirdik. Bülent Ersoy anasını itirdi. Acımız çox böyükdür", - Acay yazıb.
"Sabah.com"un yazdığına görə, Poyraz aprelin 27-də İstanbulda vəfat edib.
Milli.Az