Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

27 Aprel 2020 23:20

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb. 

Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 

Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az