Aquero "Ayın oyunçusu" mükafatından görün hansı məqsədlə istifadə edir - FOTO

27 Aprel 2020 21:35

Karantində olan bir çox futbolçu kimi, "Mançester Siti"nin hücumçusu Serxio Aquero da vaxtını videoyunlara sərf edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Aquero "PlayStation 4"-də FIFA 20 oynayarkən çəkilmiş videosunu paylaşıb. Video zamanı argentinalı futbolçunun kameranı sabit saxlamaq üçün Premyer Liqada ayın ən yaxşı oyunçularına verilən mükafatdan stend kimi istifadə etdiyi diqqət çəkib.

Oyundan çox, məhz həmin görüntü izləyicilərin marağına səbəb olub.

Milli.Az