"Bu ilin yaz semestrində tələbələrin biliyinin qiymətləndirməsi barədə ali məktəblər tərəfindən təkliflər hazırlanır".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı çeviklik tələb olunacaqsa və bu, Təhsil Nazirliyinin səlahiyyətində olacaqsa, bu addımı nazirlik həyata keçirəcək: "Əks halda, sözügedən məsələ ilə Nazirlər Kabineti məşğul olacaq. Bununla bağlı ölkənin Baş Naziri ilə müzakirələr aparmışıq. Ehtiyac olarsa, çevik modellərdən istifadə ediləcək".
Milli.Az