Dembele London təmsilçisi ilə danışıqlara başladı

27 Aprel 2020 20:04

"Barselona"nın vingeri Usman Dembele klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin əsas heyət oyunçusuna çevrilə bilməyən futbolçu Premyer Liqaya keçə bilər. 22 yaşlı futbolçu ilə Arsenal maraqlanır. Tərəflərin artıq danışıqlara başladığı deyilir. Futbolçu ilə "Borussiya Dortmund", "Çelsi" və "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, Dembele cari mövsüm ərzində 9 oyunda iştirak edib və 1 qol vurub.

Milli.Az