Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib

27 Aprel 2020 16:50

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azay Quliyev Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri seçilib.

Nümayəndə heyətinə Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə daxildir. 

Milli.Az