""Xəzər Lənkəran"da oynayanda pulum çox idi"

27 Aprel 2020 15:19

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva Azərbaycandakı çıxışı haqda danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Lənkəranda yaşamağın çətin olduğunu bildirməklə yanaşı, burada yaxşı pul qazandığını deyib:

"Mən elə bir şəhərdə idim ki, orada yaşamaq çətin idi. Ancaq çoxlu pulum var idi. Baş məşqçimz Con Toşak olduğundan orada oynamağa dəyərdi. Ailəmlə 1,5 il oteldə, hələ infrastrukturu olmayan şəhərdə qaldım".

Qeyd edək ki, hazırda Taylandın "Pathum Yunayted" klubunda çıxış edən 36 yaşlı futbolçu 2013/2014 mövsümündə "Xəzər Lənkəran"da oynayıb.

Milli.Az