Kimsə duz əvəzinə koronaviruz ötürə bilər.
Milli.Az xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca rəsmi Twitter" hesabında yazıb. O, koronavirusla əlaqədar olaraq iftarda az insanın iştirak etməsini tövsiyə edib.
"Süfrədə kimsə duz əvəzinə koronavirus ötürə bilər. Çox adam olan iftarları bu il tarixə salaq. Xeyirli iftarlar".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Türkiyədə 2805 nəfər koronavirusdan ölüb.
Bəxtiyar Umarlı
Milli.Az