ABŞ-da yaşayan soydaşımız koronavirusdan həyatını itirib

27 Aprel 2020 08:22

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda yaşayan Azərbaycan icmasının üzvü Natiq Qasımov koronavirusdan vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mərhum Bruklində yerləşən Coney Island xəstəxanasında bir neçə həftə müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nyu-York ştatında yeni koronavirusa yoluxanların sayı 282 min nəfəri ötüb (155 mini Nyu-York şəhərində), 16 min 599 nəfər (11 817-si Nyu-York şəhərində) isə bu xəstəlik səbəbindən həyatını itirib. ABŞ ərazisində, ümumi yoluxanların sayı 963 mini, ölənlərin sayı 54 350 nəfər keçib. 

Milli.Az