"Barselona" müdafiəçisinin qiymətini açıqladı

26 Aprel 2020 18:57

"Barselona" futbolçusu Nelson Semedonun transfer dəyərini müəyyənləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçiyə 45 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Barselona" ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Semedonun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Milli.Az