Daha bir ölkə Zoom-u qadağan etdi

28 Aprel 2020 21:50

Koronavirusa görə, Hollandiyada 7000-ə yaxın məktəb fəaliyyətini dayandırıb. Bu məktəblər martın 16-dan distant təhsil verməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, məktəblərin əksəriyyəti bunun üçün Microsoft Teams, Google Meet ve Google Hangouts kimi platformalardan istifadə edir. Şagirdlərin 13%-nin isə ZOOM proqramından yararlandığı aydın olub.

Amerikada platformanın təhlükəsizlik məsələləri ilə bağlı gedən müzakirələr Hollandiyanın müəllimlərə bu proqramdan istifadəni qadağan etməsinə səbəb olub. Məlumata görə, 300-dən çox məktəb müəllimlərə proqramdan istifadəni qadağan edib.

Milli.Az