Haker 25 milyon dollarlıq kriptovalyuta oğurlayıb iki gündən sonra geri qaytardı

28 Aprel 2020 21:40

Adı bilinməyən haker 25 milyon ABŞ dolları miqdarında kriptovalyuta oğurlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, həmin şəxs iki gündən sonra tam məbləği geri qaytarıb.

Məlumata əsasən, bazar günü adı bilinməyən şəxs Çində yerləşən DForce platformasından 10 milyon dollarlıq Ethereum kriptovalyutasını, 10 milyon dollara bağlı olan kripto sikkəni və 4 milyon ayrı kriptovalyutanı oğurlayıb.

Oğurlanmış məbləğ fərqli konfiqurasiyalı kriptovalyuta ilə hesaba qayıdıb.

Hakerin hansı səbəbə görə pulu qaytarmaq qərarına gəldiyi məlum deyil.

Milli.Az