Koronavirusun Google-a zərəri

28 Aprel 2020 22:45

Koronavirus Google-a ciddi ziyan vurub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Google səlahiyyətlisi Sundar Pichal məlumat verib. O bildirib ki, Google-un 2020-ci ilin sonuna doğru bazar payı iki dəfə azalacaq. S.Pichal qeyd edib ki, ötən il şirkətin bazar həcmi 18,46 milyard dollar olub.

Şirkət rəsmisi mövcud nəticəni Google-ın pandemiyaya görə reklam ödənişlərini azaltması ilə əlaqələndirib.

Milli.Az