İtaliya millisinin baş məşqçisi Roberto Mançini karantin dövrünü necə keçirməsi haqda danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, o deyib:
"Düzü, artıq evdə qalmaqdan təngə gəlmişəm. Gəlin, hər şeyə real yanaşaq. 60 gün qapalı vəziyyətdə yaşamaq dözülməzdir, adam dəli olur. Amma məşğuliyyət tapıram. Səhərlər məşq edirəm, sonrakı saatlarda terrasda təmiz hava alıram".
Qeyd edək ki, İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı 26 mini keçib.
Milli.Az