“YouTube”a pul köçürsəniz trendə düşərsiniz”

26 Aprel 2020 12:29

Müğənni Nura Suri həmkarlarının kliplərinin "trend"ə necə düşməsindən söhbət açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "MTV"yə müsahibəsində danışan sənətçi bir çoxlarının gizlətdiyi məqamlara da toxunub: 

"Düzdür, mahnılarımın baxış sayı milyonları keçmir. O "trend"ə necə düşürlərsə, yollarını biz bilmirik. Bildiyimə görə "YouTube"un öz reklamı var. Bəziləri bilmirlər. Çıxıb deyirlər ki, yalançı baxış. Mahnıya verdiyiniz pul qədər də "YouTube"un özünə pul köçürsəniz, onda o trendə də düşür, reklam da olur. Bunu çox adam görür. Təzəlikcə bilmişəm ki, milyonlarla baxış sayı olan müğənnilər reklama çox pul xərcləyiblər ki, indi də o pulu qazanırlar.  Onlar "YouTube"u qazandırıblar, "YouTube"da onlara qazandırır. Mən də maraqlanacam və gələcəkdə istifadə edəcəm".

Milli.Az