Gəncə sakini sirkə turşusundan zəhərlənib

25 Aprel 2020 18:42

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini, 1948-ci il təvəllüdlü Abdulayev Elbrus Bəşir oğlu sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yaşlı kişiyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az