Ailəsi ilə problem yaşayanlar, qorxanlar bu nömrə ilə əlaqə saxlaya bilər - VİDEO

25 Aprel 2020 16:21

Ölkəmizdə mövcud pandemiya və karantin səbəbindən insanların psixoloji durumlarını nəzərə alaraq FHN-nin 112 və Təhsil Naziliyinin 146 qaynar xəttlərinin nəzdində psixoloji xidmət mərkəzi yaradıb. FHN bu işə 12 psixoloq cəlb edib və onlar 24 saat ərzində vəətndaşlara pulsuz xidmət göstərirlər.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

FHN-nin 112 qaynar xəttinə gələn bütün zənglər çeşidlənir, sırf psixoloji xidmətlə bağlı zənglər isə digər otaqdakı psixoloqlara ötürülür. Psixoloqlar isə gələn zəngləri daha sakit şəraitdə qəbul edirlər.

Xanım Sofiyeva - FHN-də şöbə rəisi: "Gələn zənglər içərisində evdə qalma ilə bağlı problemlər daha çox üstünlük təşkil edir".

Könül Əliyeva - FHN-nin psixoloqu: "İnsanların danışığından artıq bilirik ki, onlar həmin anda nə hisslər keçirirlər. Mövcud vəziyyətə uyğun olaraq, problemə uyğun olaraq həmin vətəndaşlarımıza lazımi, zəruri, ilkin psixoloji yardımı göstəririk".

Qaynar xəttin psixoloqları bildirir ki, eyni zamanda əvvəldən psixoloji problemləri olan adamlar var ki, karantin müddətində onların vəziyyəti daha da ağırlaşır.

Kəmalə İbişova - FHN-nin psixoloqu: "Əsasən də bu virusla bağlı zənglər olur onlar narahat olurlar bu yoluxanları görürlər və ona görə də bir az özlərini pis hiss edəndə bizə zəng edirlər".

Psixoloji xidmət üçün müraciət edən müxtəlif yaşlı insanlar problemləri də yaşlarına uyğun olur.

Məmmədova Sona - FHN-nin psixoloqu: "Gün ərzində olur ki, 80-90 zəng olur, hərdən isə 30-40. Olur var məktəblilər zəng edirlər, hansılar ki, karantin dövründə evdə qalıblar, darıxırlar məktəbə getmək istədikləri haqqında danışırlar. 65 yaşdan yuxarıları vətəndaşlar küçəyə çıxmaqda çətinlik çəkdikləri üçün bizə zəng edirlər, narahatçılıqlarını bizimlə bölüşürlər".

Könül Əliyeva - FHN-nin psixoloqu: "Bəzən ailədaxili münaqişələrlə bağlı zənglərimiz də olur. Karantin dövründə ailə başçıları, analar, atalar evdə qaldığına görə ailədə bəzən problemlər çıxır. Yaxud da valideyn uşaq arasında münaqişələr yaranır. Ona görə də bu haqda da zənglər qəbul edirik".

Ailədaxili münaqişələrlə bağlı Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edənlər də var.

Aynud Ələsgərova - TN-nin qaynar xəttinin psixoloqu: "Qaynar xətt konkret məktəblilər üçün nəzərədə tutulmayıb, hər yaşdan olan vətəndaşlar müraciət edir".

Xanım Sofiyeva - FHN-də şöbə rəisi: "Qadınlar uşaqlarını idarə edə bilmədikləri halda bizə müraciə edirlər. Evdə tək qalanlar, qorxu, həyəcan, təşviş keçirənlər də bizə zəng edir".

Qeyd edək ki, təkcə 6-10 aprel tarixi arası 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub. FHN qaynar xəttinə isə indiyədək psixoloji yardım almaq üçün 531 nəfər zəng edib.

Milli.Az