Sabirabad sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb

25 Aprel 2020 16:54

Sabirabad sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Çöl Dəllək kənd sakini Ş.Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilib götürülüb.

Milli.Az