Bakıda qırmızı işıqda keçən sürücü qəza törədib avtomobili aşırtdı - VİDEO

25 Aprel 2020 16:48

Bakıda qaydaları pozan daha bir sürücü ağır qəzaya səbəb olub. Hadisə bir müddət öncə baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxt küçələrinin biri ilə hərəkət edən "Kia" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olduğu üçün yaşıl işıqda hərəkət edən "Lexus" markalı avtomobillə toqquşur. Qəza nəticəsində "Lexus" markalı avtomobil aşır.

Qəza zamanı avtomobillərin sürəti az olsa da, qəzanın ağırlılıq dərəcəsi az olmayıb. Ona görə də sürücülər bilməlidir ki, yol, zarafatı, diqqətsizliyi və tələskənliyi sevmir!

Milli.Az