İmsak süfrəniz üçün MENYU: Usta öz sirlərini açır - VİDEO

25 Aprel 2020 15:40

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla dietik səhər yeməyi olan "sırnıki"nin hazırlanmasını təqdim edirik.

Yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

700qr kəsmik

1 yumurta

1/3 çay qaşığı duz

2 xörək qaşığı şəkər kirşanı

2 xörək qaşığı un ( ümumi 4 xörək qaşığı 2 xörək qaşığı kökələrə forma vermək üçün)

Qızartmaq üçün

1 desert qaşığı ərinmiş kərə yağı.

200 dərəcəli sobada 5-6 dəqiqə bişir.

Bu qədər ərzaqdan 16 ədəd "sırnik" alındı

Nuş olsun.

Milli.Az