Bakıda velosiped oğurlayan keçmiş məhkumlar saxlanıldı

25 Aprel 2020 12:39

Bakıda velosiped oğruları yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Rayon sakini Sahib Bilalzadəyə məxsus velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Mahir Həsənov və əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunan 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.

Milli.Az