Bakıda avtomobil dayanacağında oğurluq hadisəsi olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu S.Vəzirov küçəsində yerləşən avtoparkda vətəndaşa məxsus "Mercedes" markalı avtomobilin qiyməti 1300 manat olan buferi oğurlanıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Elvin Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az