"Çelsi" Jiru ilə müqaviləni uzatdı

25 Aprel 2020 09:34

"Çelsi" futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib.

33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.

Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matça 2 qol vurub.

Milli.Az