Azərbaycanda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır

24 Aprel 2020 20:14

Hazırda Azərbaycanda 2 cür karantin var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, hazırda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır və gündəlik səhhətləri nəzarətdədir:

"Xaricdən gələn şəxslər də karantinə götürülür və ayrılmış xüsusi yerlərdə nəzarətdədirlər. Hazırda xaricdən gəldiyi üçün karantində saxlanılanların sayı 5 minə yaxındır".

Milli.Az