Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, yoluxan həkimlərin əksəriyyəti başqa yerdə yoluxub. Onların 60-70 faizi sağalıb və artıq işlərini davam etdirirlər. Virusa yoluxan tibb işçiləri arasında ölən və vəziyyəti ağır olan yoxdur.
V.Qasımov vurğulayıb ki, hazırda Azərbaycanda maska problemi yoxdur: "Hazırda ölkədə tibbi ləvazimatlar və qoruyucu vasitə ilə bağlı heç bir problem yoxdur. Bu problem tam aradan qaldırılıb. Artıq yerli istehsal var və kifayət qədər tibbi ləvazimat əldə etmək mümkündür".
Milli.Az