Fəaliyyətinə icazə veriləcək sahələrin işçiləri bu halda işə çıxa biləcəklər - RƏSMİ

24 Aprel 2020 16:31

2020-ci il 27 aprel tarixindən Azərbaycanda karantinlə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a daxil olan məlumatda bildirilir.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Milli.Az