Ronaldu İtaliyaya qayıdır

24 Aprel 2020 18:44

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu gələn həftə İtaliyaya qayıtmağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu və digər legionerlər ölkəyə qayıtdıqdan sonra 14 gün müddətinə karantin rejimində olmayacaq. Turin klubu məşqlərə mümkün qədər tez başlamaq üçün bütün futbolçularını koronavirus testindən keçirəcək. Hər oyunçuya 2 testin edilməsi planlaşdırılır.

Qeyd edək ki, Ronaldu hazırda ölkəsindədir.

Milli.Az